Bütün elanlar
Bankımız “Respublika Fənn Olimpiadaları”nda uğur qazanmış şağirdləri mükafatlandırdı
22 İyun, 2023

Bankımız “Respublika Fənn Olimpiadaları”nda uğur qazanmış şağirdləri mükafatlandırdı

Bankımız Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Rabitəbankın yaranmasının 30 illiyi münasibətilə korporativ sosial layihələrindən daha birini həyata keçirib.
Əməkdaşlarımız “Respublika Fənn Olimpiadaları”nda iştirak edərək uğur qazanmış Şəki Kimya-Biologiya Təmayüllü Liseyin 9-cu və 11-ci sinif şagirləri ilə görüş keçirərək onları hədiyyələr və sertifikatlarla mükafatlandırıb. 
Qeyd edək ki, liseyin şagirdləri coğrafiya, biologiya, kimya, informatika fənnləri üzrə 9 bürünc, 4 gümüş, 1 qızıl medal olmaqla ümumilikdə olimpiadada 14 medal qazanaraq yüksək nəticə əldə ediblər.