Bütün elanlar
Rabitəbank əməkdaşları arasında Şahmat turniri keçirilib!
16 May, 2023

Rabitəbank əməkdaşları arasında Şahmat turniri keçirilib!

Rabitəbankın yaranmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının əməkdar məşqçisi FİDE hakim Bəhruz Qurbanovun və FİDE hakim, Azərbaycan Şahmat Federasiyasının texniki direktoru Rəhim Qasımovun rəhbərliyi ilə təşkil olunmuş turnirdə qalib gəlmiş 3 əməkdaşa hədiyyələr və mükafatlar təqdim edilib.

2 gün və 7 tur davam edən turnirdə əməkdaşlarımız böyük maraq və əzmkarlıq göstərərək oyunları başa vurmuşlar. 

Belə ki, Şahmat turniri 2023-ün qaliblərini təqdim edirik:

  • I yer – İbrahimov Ramil

  • II yer – Şixkərimov Samir

  • III yer – Babayev Səmid

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.