Rabitəbank əməkdaşları arasında “Nə? Harada? Nə zaman?” oyunu keçirilib.
Rabitəbankın yaranmasının 30 illiyi münasibətilə bank əməkdaşları arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
İki turdan ibarət oyunda suallar iştirakçılar tərəfindən olduqca həyəcanlı və böyük maraqla qarşılanıb. Sonda oyunda çıxış edən 37 komanda arasından qalib gəlmiş 3 komandaya pul mükafatları təqdim edilib.
Qalib komandalarımızı təbrik edir və digər komandalara növbəti oyunlarda uğurlar arzu edirik!
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.