Rabitəbank 90 aztəminatlı ailəyə ərzaq yardımı göstərdi
(®) Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Rabitəbank-ın yaranmasının 30 illiyi ilə əlaqədar olaraq silsilə şəkildə həyata keçirdiyimiz korporativ sosial layihələri davam etdiririk.
Belə ki, “Rabitəbank” ASC və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi birlikdə Masallının Boradigah, Ərkivan və Banbaşı kəndlərinin hər birində 30 olmaqla toplamda 90 aztəminatlı ailəyə ərzaq yardımı göstərib.
Qeyd edək ki, bundan öncə də korporativ sosial layihələr çərçivəsində bir çox xeyriyyə tədbirlərinə imza atmış Rabitəbank öz ənənələrinə sadiq qalaraq, bu cür təşəbbüskar addımlar atmağı davam etdirəcək.