Bankımız 30 ucqar kənd məktəbində kitabxana qurdu
(®) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbankın yaranmasının 30 illiyi münasibətilə daha bir sosial yönümlü xeyriyyə aksiyasını həyata keçirdik. Bankımız bu dəfə “KitabGəzər”-in təşkilati dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrinin ucqar kənd məktəblərini ziyarət edərək, orada təhsil alan şagirdlər üçün kitabxana qurdu.
Belə ki, bankımızın rəhbərliyi və əməkdaşları Xaçmaz, Saatlı, Füzuli, Neftçala, Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı, Göygöl, Gədəbəy, Qazax, Ağstafa, Tovuz və Zaqatala rayonlarının 30 kənd məktəbində uşaqlarla görüş keçirərək, yeni qurulan kitabxana ilə onları tanış ediblər.
Məktəblərdə indiyə kimi ən çox kitab oxumuş şagirdlərə xüsusi hədiyyələr verildi və uşaqlarla maraqlı görüş baş tutdu.
Qeyd edək ki, uşaqların yaş kateqoriyasına uyğun seçilmiş kitablardan ibarət yeni kitabxanaların qurulmasında bankımızın əsas məqsədlərindən biri uşaqlarda oxumağa qarşı olan sevgi və marağı artırmaq, onları gələcəkdə böyük nailiyyətlər əldə etməyə sövq etməkdir.
Cəmiyyətimizdə təhsilin vacibliyinə önəm verən və hər zaman uşaqların gələcəyini düşünən Rabitəbank bu cür xeyriyyə məqsədli sosial layihələrə gələcəkdə də dəstək olmağa davam edəcək.